“Nargis Fund” aztəminatlı ailələrə, uşaq evlərinə, eləcə də əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara yardım məqsədilə yaradılan xeyriyyə təşkilatıdır.​​​​​​​


Biz dünyanı dəyişdirmək istəyirik!

Biz istənilən formada ianə qəbul edir və göstərilən xeyirxah dəstəyə görə minnətdarlığımızı bildiririk.​​​​​​​

“Nargis” nəşriyyat evinin layihələrindən biri olan “Nargis Fund” 2012-ci ildə təsis olunub. Təşkilat öz xeyriyyəçilik fəaliyyətinə 2013-cü ildə başlayıb. İndiyədək fond tərəfindən bir çox xeyriyyə aksiyaları təşkil olunub, aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərilib, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların cərrahi əməliyyatları həyata keçirilib. ​​​​​​​

Könüllülər sırasına qatıl!​​​​​​​

Komandamız könüllülər axtarışındadır. Könüllü fəaliyyət ilə məşğul olmaq istəyən gənc, aktiv və dünyanı yaxşıya doğru dəyişməyə hazır olan insanları öz sıralarımızda görməyə şad olarıq!

TƏRƏFDAŞLAR:

RƏYLƏR: