HAQQIMIZDA

>  ƏSAS   >   HAQQIMIZDA

HAQQIMIZDA

“Nargis Fund” – xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatıdır. Məqsədimiz aztəminatlı ailələrə sosial yardım göstərməkdir. Tərəfimizdən uşaq və qocalar evlərinə yardım da daxil olmaqla, bir sıra layihələr, o cümlədən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilir.

“Nargis Fund” 2012-ci ildə təsis olunub. Təşkilat öz xeyriyyəçilik fəaliyyətinə 2013-cü ildə başlayıb. Biz istənilən formada ianə qəbul edir və göstərilən xeyirxah dəstəyə görə minnətdarlığımızı bildiririk. İndiyədək fond tərəfindən bir çox xeyriyyə aksiyaları təşkil olunub, aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərilib, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların cərrahi əməliyyatları həyata keçirilib.

MİSSİYAMIZ

Fondun fəaliyyəti nəticəsində onlarla insana yardım göstərilib, bir çoxunu həyata qaytarmaq mümkün olub.

Fondun əsas vəzifələri:​​​​​​​


  • Təşkilatların və fiziki şəxslərin xeyriyyə yardımı üçün sponsorluğa cəlb edilməsi.
  • Xeyriyyə tədbirlərinin keçirilməsi
  • Fondun əsas məqsədinə uyğun olaraq ehtiyacı olan insanlara səhiyyə sahəsində yardımın göstərilməsi​​​​​​

YARDIM ETMƏK İSTƏYİRSİNİZ? SUALLARINIZ VAR?

+(99412) 464 91 11/12

KOMANDAMIZ

Ülviyyə Mahmudova

Təsisçi

Nigar Nəzərova

İcraçı direktor

Natali Səfərova

Maliyyə direktoru

Nərmin Əliyeva

İcraçı direktorun müavini

Lalə Xəlilova

Əməliyyat meneceri

  • img02az.jpg

NAİLİYYƏTLƏRİMİZ!

Xoşməramlı insanların birləşdiyi bu təşkilatın fəaliyyəti insanlar üçün xeyirli işlər görməyə yönəlib. Fond ehtiyacı olanlara kömək əli uzatmaq istəyən xeyirxah insanlarla buna ehtiyacı olanlar arasında xoşniyyətli vasitəçi kimi çıxış edir. Xeyriyyəçilik ənənələrinin inkişafına nail olmaq və qarşılıqlı yardımlaşma hissinin aşılanmasına töhfə vermək bizi daha böyük əzmlə işləməyə həvəsləndirir.

Komandamız yeniliklərə açıqdır. Biz hər zaman sosial sahə ilə bağlı ideyaları dinləməyə və onların effektiv şəkildə reallaşdırılmasına hazırıq. Fəxr edirik ki, sıralarımıza qoşulmaq istəyən xoşniyyətli və xeyirxah insanların sayı ilbəil artır.

KOMANDAMIZA QOŞULMAĞA TƏLƏSİN!